Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

“Satqın Nikol” deyən gənc həbs edildi

782
Paylaş:
“Satqın Nikol” deyən gənc həbs edildi

Ermənistanın Baş naziri Nikol Paşinyana küçədə “Satqın Nikol” deyən gənc həbs edilib.

Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan feysbukdakı səhifəsində yazıb.

“İndicə bir vətəndaş mənə məlumat verdi ki, onun tanıdığı gənc oğlan küçədə hazırkı baş nazirə “satqın Nikol” dediyi üçün həbs edilib”, - hüquq müdafiəçisi yazıb.

Qeyd edilir ki, hadisə saat 21:00 radələrində, ehtimal ki, Sayat-Nova küçəsində baş verib.

“Vətəndaşın hara aparıldığı ilə bağlı xəbəri olan varsa bizə bildirsin. Bizim belə vətəndaşları sakit buraxmağa haqqımız yoxdur”, - o əlavə edib./Report

Paylaş:

Ən son xəbərlər