Dənizlərin və okeanların günəşlə işıqlanan səthlərində yaşayan yeni virus növü aşkar edilib. “Mirus” adlanan adlanan bu orqanizmlər “herpes” virusları ilə əlaqələndirilir.
Bu barədə “Nature” elmi jurnalında məqalə dərc olunub.
Bildirilir ki, latın dilində ecazkar və qəribə mənasını verən “mirus”lar insanlara təsir etmir. Onlar yalnız birhüceyrəli planktonu yoluxdurmağa meyllidirlər. Amma bu o deməkdir ki, herpes viruslarının əcdadları bir zamanlar dənizlərdəki təkhüceyrəli orqanizmləri də yoluxdurmuşlar.