Sumqayıt Ağır Cianyətlər Məhkəməsinin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Pravda.az-ın əldə etdiyi xəbərə görə, İttiham aktına qeyd edilib ki, təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürüb, yəni digər şəxsi qəsdən həyatdan məhrum edib.
Belə ki, o, rəsmi nikah münasibətlərində olduğu dayısı qızı, 1996-cı il təvəllüdlü zərərçəkmiş Rəqsanə Məmmədova ilə aralarında ailə-məişət zəminində baş verən mütəmadi mübahisələrə görə Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qərarı əsasında onların nikahları pozulub. Bir il sonra yenə də qeyri-rəsmi ailə münasibətlərini davam etdirib. Lakin aralarında eyni zəmində yenidən baş verən mübahisələrə görə 2022-ci ilin fevral ayından müxtəlif mənzillərdə ayrı yaşamalarına baxmayaraq, Ramil 30 may 2022-ci il tarixdə, saat 21:20 radələrində yüngül alkoqol sərxoşluğunun təsiri altında onunla mobil telefonla danışıb. Həmin vaxt “işdən çıx evə gəl, anam da gedib, birlikdə yaşayaq” deyib. Rəqsanə isə “səni istəmirəm, mənim karyeram var, sən get həyatını qur, mənim yaşadığım var” deyə cavab verib. Daha sonra Ramil keçmiş arvadının ona xəyanət etməsini düşünüb qısqanclıq zəminində qadını qəsdən öldürmək qərarına gəlib.
Bu məqsədlə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki mənzilin mətbəxindən bıçağı götürüb Rəqsanənin yaşadığı həmin şəhərciyin 58-ci və 59-cu blokları arasında bir müddət gözləyib. Sonra o, təxminən saat 22:20 radələrində zərərçəkmiş şəxs azyaşlı övladları ilə birlikdə gəldiklərini görüb. Bu zaman özü ilə gətirdiyi bıçağı çıxarıb Rəqsanəyə yaxınlaşaraq heç bir söz demədən uşaqlarının gözü qarşısında ona 8 zərbə endirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Ramil Məmmədov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
O ifadəsində göstərib ki, 2010-cu ildə öz dayısı qızı Rəqsanə ilə Gürcüstanda ailə qurub, 2013-cü ildə isə Bakıya köçüblər. Onların 9 yaşında və 3 yaşında olmaqla 2 uşaqları var. 2017-ci il tarixdə boşanıblar, 1 il ayrı qaldıqdan sonra yenidən barışıb birgə yaşayıblar. Lakin rəsmi nikah bağlamamışlar. Hadisədən 4-5 ay əvvəl valideynləri Gürcüstana qayıdıb.