Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xəstəxanada yanğın - YENİLƏNDİ

680
Paylaş:
Xəstəxanada yanğın -   YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

***

10:21

Gəncədə yanğın hadisəsi baş verib.

Hadisə Abbas Səhhət adına şəhər xəstəxanasında baş verib. Xəstəxanada anidən yanğın başlayıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Xəstəxanada olan xəstələr təxliyə olunur.

Paylaş:

Ən son xəbərlər