Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Gəncədə xəstəxanadakı yanğınla bağlı daha bir xəbər: 58 nəfər…

660
Paylaş:
Gəncədə xəstəxanadakı yanğınla bağlı daha bir xəbər:     58 nəfər…

TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.

Bu barədə Pravda.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir. Artıq 58 nəfər təxliyə edilib.

Vəziyyət nəzarət altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş:

Ən son xəbərlər