“Bank VTB”nin Azərbaycan filialı yığılmış zərərindən qurtula bilmir. Bankın sözügedən zərəri 2023-cü ilin ilk rübündə azacıq azalsa da bu zərərin qarşısını almaqda kifayət etməyib.
Pravda.az xəbər verir ki, “Bank VTB”nin yığılmış zərəri 2022-ci ilin sonu ilə müqayisədə 2 milyon 914 min manat və ya 1,2% azalaraq 233 milyon 919 min manata enib.