İranın Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani bu gün, aprelin 26-da Babolsər şəhərində silahlı hücum zamanı öldürülüb.
Pravda.az "Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu haqda Mazandaran valisinin siyasi-təhlükəsizlik üzrə müavini Ruhullah Sələqi məlumat verib.
Məlumata görə, İran Milli Bankının Babolsər filialında şəxsi bank məsələlərini həll etməkdə olan Ayətullah Süleymani silahlı şəxsin hücumuna məruz qalaraq dünyasını dəyişib.
Şahidlərdən biri hadisənin təfərrüatları barədə deyib: