Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Vahid Əhmədov, “Prezidentin həyata keçirdiyi işləri yüksək qiymətləndirirəm” deməklə əsl niyyəti gizlətmək mümkün deyil

1 053
Paylaş:
Vahid Əhmədov, “Prezidentin həyata keçirdiyi işləri yüksək qiymətləndirirəm” deməklə əsl niyyəti gizlətmək mümkün deyil

Cəmiyyətdə elə adamlar var ki, hər iki cəbhədə hörmətli olmaq istəyirlər. Deputat Vahid Əhmədov da belələrindədir, vahid mövqedə qala bilmir, məqamında hansı cəbhəni sərfəli hesab edirsə, orada görünür. Görünür, siyasi iddiası var, yəqin ki, məqam gözləyir. Doğrusu, deputatın bloqerə verdiyi müsahibəyə təəccüblənmədik, çünki o, zaman-zaman bu cür gedişlər edib, bu dəfə, sadəcə, çox irəli getdi, niyyətini ortaya qoydu. Biz demirik, dedikləri tamamilə yanlışdır, o müsahibədə məmur özbaşınalıqlarına da toxunub. Belə hallar müəyyən qədər qalmaqdadır, Əhmədovun həmkarları da bu məsələləri qabardırlar. Burada başqa məqam var: Hiss olunur ki, şəxsi maraqlardan çıxış edir. Kütləni inandıra, özünü qəhrəman kimi təqdim edə bilər, amma müsahibəni diqqətlə izləyənlər onun niyyətini anlayır...

Vahid Əhmədov: “Həmişə dövlətin mövqeyini müdafiə etmişəm, yenə də edirəm”

Həmkarlarını qəzəbləndirən həm də o olub ki, Vahid Əhmədov özünü, Əli Məsimlini, Qənirə Paşayevanın həqiqi seçici səsləri ilə seçildiyini bildirməsidir. Açıq şəkildə Milli Məclisin legitimliyini şübhə altına alır. Bu, o deməkdir ki, qəbul edilən qanunlar da ləğv edilməlidir. Milli Məclisin sədr müavini Fəzail İbrahimli də ona görə dedi ki, vicdanın yol vermirsə, mandatını qoy, çıx. Tamamilə doğru mövqedir. Hökumətdə olanlar, elə Milli Məclisin üzvləri də Vahid Əhmədovla həmişə hörmətlə davranıblar, bu hörmət sui-istifadə halına yol verməməlidir axı. Deyir ki, deputatın biznesi ola bilməz. Doğrudur. Bəs Vahid Əhmədov bu qədər imkanı deputat maaşı hesabınamı əldə edib? 3-5 min manata? Buna kim inanar? Hər kəsə məlumdur ki, o, Səfər Əbiyevlə birgə biznes qurmuşdu, yaxınlıqları həm də qohumluqlarına görə idi.

Səfər Əbiyev HARALARDADI…

Əbiyevin vaxtında Müdafiə Nazirliyinin tenderlərinin “qalibi” kim olurdu? Əlbəttə, Vahid Əhmədovun şirkətləri! Hörmətli deputatın başqa ölkələrdə də biznesinin olduğu deyilir. Hə, Vahid müəllim, seçim sizindir: ya biznes, ya mandat! Sən demə, Vahid müəllim həm də özünü tənqid edibmiş... Əvvəllər biznes imkanları daha geniş olub, çünki arxalandıqları məmurlar vəzifədə idilər.

Keçmiş MTN rəhbəri Eldar Mahmudovun dünyasını dəyişməsi ilə bağlı  ailəsindən açıqlama

Eldar Mahmudov Milli təhlükəsizlik naziri olanda, Vahid Əhmədov seçmə məmurları “vururdu”, sifarişin haradan gəldiyi də bəlli idi. Amma bunu elə edirdi ki, şübhə yeri olmurdu. Vahid Əhmədov manevrləri yaxşı bacarır, elə olmasaydı, 1990-cı illərdən indiyədək müxtəlif vəzifələrdə gəlib çıxmazdı. İranı, Rusiyanı tənqid edir, başadüşüləndir. Cəmiyyətdə söz sahibi olan, demək olar ki, hər kəs İran və Rusiya ilə bağlı kəskin çıxışlar edir. Amma Vahid Əhmədov bu sıraya Türkiyəni də əlavə edir, nə dərəcədə ədalətli mövqedir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Türkiyə Vətən müharibəsində Azərbaycanın yanında oldu, tam dəstək verdi. Bu danmaqmı olar, Vahid müəllim? “Xalqıma, millətimə bağlı adamam, Prezidentin həyata keçirdiyi işləri yüksək qiymətləndirirəm” deməklə deyil ki. Bununla əsl niyyəti gizlətmək mümkün deyil. Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Müsavat Partiyasının seçkidə səs qazana biləcəyini bildirib. Seçki azaddır, həmin partiyanın üzvləri də Azərbaycan vətəndaşlarıdır, seçki keçirilərsə, onlar da iştirak edə bilərlər. Amma hər kəsə məlumdur ki, həmin partiyaların sosial bazası, demək olar, yoxdur. Vahid Əhmədov onlara “pas” ötürməklə, artıq cəbhəsini müəyyən etdiyini göstərdi. Vahid Əhmədov özünü müstəqil göstərərək hökumətin yaratdığı imkanlardan istifadə edərək, özünə, yaxınlarına hər bir şərait qurub. Məsələn, oğlu Zəfər Əhmədov Qaradağ rayon prokurorudur. Bu ki seçkili orqan deyil, təyinatladır, hökumət etimad göstərib ona. O hökumət ki siz indi onu zərbə altında qoyursunuz... Vahid müəllim dediklərinin davamı olaraq, mandatdan imtina etməlidir!

Kənan Mirzəyev

Paylaş:

Ən son xəbərlər