İsa Qəmbərin oğlu İlkin belə bir film çəkib. Ssenari müəllifidir. Çox təəssüf ki, komanda da bir neçə azərbaycanlılar da var.
Filmin adı belədir "Ermənistan Krallığı - Roma ilə Parfiya arasında - Qədim tarix SƏNƏDLİ FİLM"
Filmdə İsa Qəmbərin oğlu sübut etməyə çalışır ki " Ermənistan qədim torpaqdır". Bu bir kənara Azərbaycanın və Türkiyənin torpaqlarını uydurma bir dənizdən dənizə Ermənistanın ərazisinə qatır. Bu da bir kənara Azərbaycan adının çəkmir, eyni zamanda sübut etməyə çalışır ki, bu torpaqlar qədimdən ermənilərə məxsus olub.
Ermənilər buranın ilk sakinləridir..
İlkin Qəmbər bu faktları atasından alıb, yoxsa anası tərəf ona göndərib, bilmirəm. Amma bu torpaqlarda qədim Ermənistan deyilən heç bir dövlət nədir ey, heç erməni adı olmayıb. Bunu erməni alimləri özləri belə etiraf edirlər. Tarixə çox getmək elə də lazım deyil. Erməni adı tarixdə I Nikolayın 1836-cı ildə Alban Katolikosluğunu ləğv edib, onun yerində isə erməni katolikosluğunun tabeçiliyinə verilən iki yeparxiya və Erməni Kilsəsinin Tiflis konsistoriyasının tərkibində olan Gəncə vikariatlığı yaratmasından sonra ümumişlək sözə gəlib. Ona qədər heç bir ciddi tarixi qaynaqlar erməni adını çəkmir. Hay adı gedir və bu hayların da Hindistan ərazisindən Əmir Teymurun qoşunu ilə bu torpaqlara gəlməsi təsdiq edilir.
Bu başqa mövzudur, əsl mövzu İsa Qəmbər kimi bir adamın oğlunun Kanadada yaşayaraq belə işlərlə məşğul olmasıdır. Razıyam ata övladının işinə qarışa bilməz. Bəs tərbiyəsi, Vətəni sevdirməyi, Vətəni göstərməyi ki, bacara bilər.