BURADA REKLAMINIZ OLA
BİLƏR

Neft niyə ucuzlaşır?

OPEC+ anlaşmasından sonra təntənəli bəyanatlara baxmayaraq, neft yenidən ucuzlaşmağa başladı.

Siyasi ekspert Şahin Cəfərli hesab edir ki, neftin indiki məqamda ucuzlaşmasının səbəblərini ümumi şəkildə belə qruplaşdırmaq olar:

- Neftə tələbat ixtisar olunacağı bildirilən 9,7 milyon bareldən xeyli çox düşüb;

- Hasilatın 9,7 milyon azaldılması 2 ay (may-iyun) üçün keçərlidir və razılaşma maydan eitbarən qüvvəyə minir. Apreldə ölkələr istədiyi qədər neft çıxarıb, sata bildiyini satacaq, qalanını rezervuarlara dolduracaq. Yəni mayda ehtiyatlar pik səviyyəsinə yaxınlaşmış olacaq, rezervuarlarda yer qıtlığı yaranacaq. Artıq BƏƏ-nin əl-Füceyra terminalında yer qalmayıb;

- Anlaşma tərəflərinin səmimiyyəti və dürüstlüyü ilə bağlı şübhələr var. OPEC+ ölkələrinin əvvəlki razılığının qüvvədə olduğu ilk rüblə müqayisədə faktiki, 7 milyon barel azalma olacaq. Rusiyanın həqiqətən 2,5 milyon ixtisara gedə biləcəyinə rusiyalı ekspertlər də şübhə edir, sovet dövründən qalmış bir çox köhnə yataqda işi dayandırmaq həmin quyuları birdəfəlik itirməyə bərabərdir;

- OPEC+ xaricindəki hasilatçılar (ABŞ, Kanada, Braziliya, Norveç) öz üzərlərinə hər hansı öhdəlik götürməyiblər. Məsələn, ABŞ-da hasilat onsuz da azalır, amerikalılar deyir, bunu biz özümüz azaldırmışıq kimi başa düşün...

Ekspert bildirib ki, Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, bu il neftin orta illik qiyməti 35,61 dollar, 2021-ci ildə isə 37,87 dollar təşkil edəcək. İMF sonrakı illərdə də qiymətin 45 dollardan yuxarı qalxmayacağını düşünür.

"Bir sözlə, vəziyyət qəlizdir. Dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycanın istər iqtisadi, istərsə də siyasi sahədə real, köklü islahatlara getməkdən başqa yolu qalmayıb", -deyə Ş.Cəfərli bildirib.

Tarix: 15 Aprel 2020, 07:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin