“Accessbank” yığılmış zərərindən qurtula bilməyib. İllərdir yığılan zərər bankın kapital cəminə mənfi təsir göstərir. Kapitalın inkişafdan qalması isə bankın kapitalının gəlirliyini azaldır.
Pravda.az xəbər verir ki, “Accessbank” 2023-cü ilin ilk rübünə 159 milyon 763 min manatlıq yığılmış zərərlə başlayıb. Bankın əldə etdiyi 4 milyon 657 min manatlıq xalis mənfəət isə birbaşa yığılmış zərərdən silinsə də bu da bankın dərdinə dərman ola bilməyib.