Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Millimizin sabiq oyunçuları futboldan ömürlük uzaqlaşdırıldı

859
Paylaş:
Millimizin sabiq oyunçuları futboldan ömürlük uzaqlaşdırıldı

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq üzvləri Ziyadxan Məmmədov və Qvanzav Maqomedov Rusiyada futboldan ömürlük uzaqlaşdırıblar.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (FTC RFU) Nəzarət və İntizam Komitəsinin rəhbəri Artur Qriqoryants məlumat verib.

Belə ki, İkinci Liqa çempionatının “Salyut Belqorod” - “SKA-Xabarovsk-2” matçının (3:0) danışılmış oyun olduğu vurğulanıb. Verilən qərara əsasən, görüşün nəticəsi ləğv edilib və “SKA-Xabarovsk-2”yə 0:3 hesablı texniki məğlubiyyət cəzası verilib.

Ətraflı

Bildirilib ki, “Yesentuki”də oynayan qapıçı Məmmədov və klubun sabiq rəhbəri Maqomedov bir neçə şəxslə əlbir olaraq, “Salyut” (Belqorod) - “SKA-Xabarovsk-2” matçının nəticəsini manipulyasiya ediblər. Buna görə onlar və “SKA-Xabarovsk-2” bir neçə oyunçusu Rusiyada futboldan ömürlük uzaqlaşdırılıblar.

Qeyd edək ki, Ziyadxan Məmmədov Azərbaycanın U-17 və U-19 yığmalarında, eyni zamanda “Neftçi”, “Zirə” və “Zaqatala”da oynayıb.

Qvanzav Maqomedov isə U-21 millisində, “Şahdağ”, “Zirə”, AZAL, “Bakı”, “Səbail”, “Sabah” və “Sumqayıt”da çıxış edib.

Paylaş:

Ən son xəbərlər