Ukrayna polisi Odessa şəhərində hərbi vəzifəlilərin ölkədən çıxmasına şərait yaradan ər və arvadı həbs edib.
Hərbi vəzifəlilərin ölkədən çıxmasına şərait yaradanlar həbs edildi
İşin üstü ölkənin Sərhəd Xidməti saxta sənədlə ölkədən çıxmaq istəyənləri saxladıqdan sonra açılıb. Məlum olub ki, ər və arvad 4000 dollar müqabilində ölkədən çıxmaq istəyənlərə saxta sənəd hazırlayıb. Bu yolla 18 nəfər ölkəni tərk edə bilib./APA