“Onunla çox yaxın, səmimi münasibətimiz olmayıb. Ancaq ölən insana sayğı duymaq lazımdır. Bu, o demək deyil ki, Azərpaşa Nemətov aydan arı, sudan duru olub. Yox... Hər bir insan kimi onun da yanlışları olub. Artıq dünyasını dəyişib. Bundan sonra nə fayda?”
Bu sözləri Axsam.az-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa bir neçə gün əvvəl dünyasını dəyişən Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətovdan danışıb. Xanlarova onun vəfatından sonra haqqında mənfi statuslar yazanlara səslənib:
“Bu ölümdən hər birimiz üçün var. Ölü insanın arxasınca danışmağa nə var? Sözü olan həmin adamlar sağ olanda çıxıb ictimaiyyət qarşısında sözünü deyərdilər. Bəziləri indi deyər ki, sağlığında şəxsən özünə deyənlər olub. Onlar anlamırlar ki, kabinetdə demək ayrıdır, ictimaiyyət qarşısında demək ayrı”.