Alla Puqaçova və Maksim Qalkinin Rusiyanın Qryaz kəndindəki qəsri Sankt-Peterburqdan olan şoumen Stas Bareski tərəfindən satın alınıb.
Bareski qəsri 450 milyon rubla aldığını bildirib. Onun sözlərinə görə, ulduz ailənin pula ehtiyacı olub, ona görə də İsrail və Baltikyanı ölkələrdə aparılan danışıqlar zamanı tezliklə alqı-satqı ilə bağlı razılaşmanın əldə edilməsinə tələsiblər.