Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda sahibkar arvadını öldürən şəxsin şikayəti əsasında məhkəmə başladı

1 019
Paylaş:
Bakıda sahibkar arvadını öldürən şəxsin şikayəti əsasında məhkəmə başladı

Bakı Apellyasiya Məhkəməsində arvadını qətlə yetirməkdə ittiham olunan Vüsal Bayramovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 10-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüsal Bayramov arvadı Ayşə Abdınovanı qəsdən öldürməkdə təqsirli bilinərək 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Ayşə Abdınova bir neçə geyim mağazasının sahibi olub.

Xatırlatma: Hadisə 2022-ci ilin sentyabr ayında paytaxtın Nizami rayonu ərazisində qeydə lınıb.

Nizami rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki, sentyabrın 2-i saat 23 radələrində Məmmədəli Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Abdınovanın öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Abdınovanın qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüsal Bayramov barəsində həbs qətimkan tədbiri seçilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər