Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Azza"nın şikayəti əsasında həbs edilən şəxsin yenidən məhkəməsi başladı

639
Paylaş:
"Azza"nın şikayəti əsasında həbs edilən şəxsin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində “Azza Aqro” Qapalı Səhmdar Cəmiyyətini şantaj etməkdə təqsirləndirilən Cavad Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 10-na təyin edilib.

İttihama görə, Cavid Əliyev "Azza"nın Nəsimi rayon ərazisində yerləşən mağazasından aldığı tortun içindən milçək çıxdığı iddiası ilə mağazaya şikayət etsə də, araşdırmalar nəticəsində bu, təsdiqini tapmayıb. Bundan başqa, Cavad “Azza”dan şikayətçi olmamaq üçün qarşı tərəfdən 5 min manat pul istəyib. O, əks halda şirkətin nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağını bildirib. "Azza"nın nümayəndəsi şikayətçi ilə Xan Şuşinski küçəsi 62 ünvanında yerləşən baş ofisdə görüşən zaman ona min manat pul verib, qalan pulu da axşam saatlarında gəlib götürməsini deyib. Cavad isə pulu tam götürəcəyini bildirərək axşam qayıdacağını söyləməklə ofisi tərk edib. Bundan sonra “Azza” rəhbərliyinin göstərişi ilə polisə şikayət edilib. Şirkətin şikayəti əsasında C Əliyevin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cavad Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmənin qərarına əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər