Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Məhkəmə vəzifəli şəxsə rüşvət vermək adı ilə pul alan şəxslə bağlı qərar çıxardı

734
Paylaş:
Məhkəmə vəzifəli şəxsə rüşvət vermək adı ilə pul alan şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə dələduzluqda və rüşvət verməyə təhrik etməkdə ittiham olunan İbrahim Babaşovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İbrahim Babaşov Şahin Hüseynov və Emin Əsədova qarşı dələduzluq edib.

Belə ki, Şahin Hüseynov və Emin Əsədovun Dövlət Təhlükəsizliyi Xidmətində barələrində cinayət işi olub.

İbrahim Babaşov isə bu işə xitam verdirəcəyi vədi ilə adı çəkilən şəxslərdən pul alıb.

İbrahim Babaşov Şahin Hüseynovdan 49 700 manat, Emin Əsədovdan isə 10 min manat pul alıb. Lakin vədinə əməl etməyərək həmin şəxsləri aldadıb və aldığı vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. Şahin və Emin ölkə ərazisinə idmançıların istifadə etdiyi dərmanları qanunsuz olaraq gətirməkdə, qaçaqmalçılıqda ittiham olunublar.

İstintaq orqanı tərəfindən İbrahim Babaşovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (vəzifəli şəxsə rüşvət vermə və ya təklif etmə, vəd etmə) maddələri ilə ittiham elan edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər