Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Nihad Məhərrəmovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Tovuz Rayon Məhkəməsinin hökmü ilə Nihad Məhərrəmov və onun anası Nazxanım Məmmədova azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 2019-cu ildə, saat 17 radələrində Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində qeydə alınıb.
Belə ki, Nihad Məhərrəmov yaşadığı dalanda anası Nazxanım Məmmədova ilə birlikdə bir qrup şəxs halında, heç bir əsaslı səbəb olmadan Vüsalə Abbasova aralarında mübahisə edib. Nəticədə onlar Vüsalə Abbasovanı vuraraq qadına xəsarət yetiriblər.
Daha sonra zərərçəkmişin şikayəti əsasənda ana və oğlu saxlanılıb və barələrində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb və başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Kamal Məmmədov