Son sutka ərzində dünyada koronavirus infeksiyasına 74 mindən çox insan yoluxub, təxminən 7 min nəfər də bu virusun qurbanı olub.
Pravda.az-ın xəbərinə görə, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.
14 aprel tarixli statistikaya görə, dünyada indiyədək 1 997 860 nəfər yeni növ koronavirusa yoluxub, 126 599 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 74 012 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6981 nəfər artıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 937 288 yoluxma və 83 717 ölüm. Sutka ərzində burada yoluxanların sayı 29 902, ölənlərin sayı isə 3728 nəfər artıb.