Vəhdət Partiyası bəyanat yayıb.
Tahir Kərimlinin rəhbərlik etdiyi partiyanın bəyanatı: Yeni üzvlər cəlb edilib və proses müvəffəqiyyətlə davam etməkdədir
Pravda.az-a daxil olan bəyanatda bildirilib ki, son zamanlar media və sosial şəbəkələrdə Vəhdət Partiyasının guya üzvlüyə cəlb olunma prosesinin çətinliyi ucbatından başqa partiya ilə birləşməsi barədə şaiyyə xarakterli məlumatlar yayılır.
“Vəhdət Partiyası yeni “Siyasi Pertiyalar haqqında” Qanunda nəzərdə tutulan miqdardan daha artıq yeni üzvlər cəlb etmiş və bu proses müvəffəqiyyətlə davam etməkdədir. Məmnuniyyətlə qeyd edirik ki, Azərbaycan cəmiyyətində Partiyamızın sədri Tahir Kərimliyə böyük ehtiram vardır. Vətəndaşların partiyalara meylinin az olmasına baxmayaraq, müraciət edilənlərin böyük əksəriyyəti dəqiq şəxsiyyət məlumatlarını və ərizələrini təqdim etməklə Partiyamıza üzv olurlar. Sadəcə olaraq, texniki imkanın zəifliyi ucbatından istənilən sayda vətəndaşlara müraciət etmək olmur, əks halda daha kütləvi üzvlər cəlb etmək olardı. Bundan başqa, Partiyamızın keçmişdə üzv olan minlərlə anketləri mövcuddur ki, sadəcə olaraq, bəzi anket məlumatları (mobil telefon) yoxdur. Ona görə də doğru olmayan məlumatları qətiyyətlə təkzib edirik”, - bəyanatda qeyd olunub.