“AL Market” MMC-yə inzibati qaydada cərimə yazılıb.
Pravda.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsnin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol araşdırılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilib.