Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Ərdoğanın son durumu açıqlandı

1 192
Paylaş:
Ərdoğanın son durumu açıqlandı

“Prezident Rəcəb Tayyib Ərdoğanın sağlam və güclü formada vəzifəsinin başındadır”.

Pravda.az xəbər verir ki, bunu Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

O deyib ki, bəzi dairələr ölkə liderinin səhhətinə dair əsassız məlumatlar yayırlar və bununla siyasi qazanc əldə etməyə çalışırlar.

Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.

Canlı yayım bərpa edildikdən sonra Türkiyə lideri deyib: “Seçki kampaniyasına görə çox işləyirik. Bu səbəbdən mədəmə soyuq olub”.

Dövlət başçısının aprelin 26-na nəzərdə tutulan proqramı təxirə salınmışdı. R.T.Ərdoğan ötən gün evində istirahət edib./Report

Paylaş:

Ən son xəbərlər