Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Deputatlar Gürcüstanda Ümummilli Lider Heydər Əiyevin yubiley tədbirlərində iştirak edəcəklər

604
Paylaş:
Deputatlar Gürcüstanda Ümummilli Lider Heydər Əiyevin yubiley tədbirlərində iştirak edəcəklər

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərliyi ilə parlament  nümayəndə heyəti aprelin 27-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcək.

Bu barədə Pravda.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinə Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov və deputat Cəbi Quliyev daxildirlər.

Deputatlar Tbilisidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək, o cümlədən Gürcüstan parlamentində bir sıra görüşlər keçirəcəklər.

Səfər aprelin 30-da başa çatacaq.

Paylaş:

Ən son xəbərlər