Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Bank Respublika”nın kapital gəlirliyi azalaraq 7.9 faizə endi

672
Paylaş:
“Bank Respublika”nın kapital gəlirliyi azalaraq 7.9 faizə endi

1 milyard 646 milyon cəmi aktivə sahib olan “Bank Respublika” bu aktivlərindən istifadə edə bilməyib. Bankın xalis mənfəətinin azalması barədə xəbər vermişdik. Bu azalmaya görə bankın aktivlərinin gəlirliyi də ciddi şəkildə azalıb.

Pravda.az xəbər verir ki, bankın aktivlərinin gəlirliyi ötən ilin sonu ilə müqayisədə 1.11% azalaraq 0.59 faizə enib. Bunun səbəbi bankın xalis mənfəətinin 16 milyon 935 min manat azalaraq 9 milyon 717 min manata düşməsidir.

Bankın əldə etdiyi 122 milyon 400 min manatlıq kapitalın gəlirliyində də ciddi azalmalar olub. Belə ki, bankın kapital gəlirliyi 14.6% azalaraq 7.9%-ə enib.

Nəticədə bank aktivlərindən və kapitalından istifadə edə bilməyərək onların gəlirliyini aşağı salıb.

İmran Kərimov


Paylaş:

Ən son xəbərlər