Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Koronavirus kababdan yayılıb - Akademik

1 475
Paylaş:
Koronavirus kababdan yayılıb -     Akademik

“COVİD-19 epidemiyası “donuz qripi” və ya digər viruslardan 10 dəfə sürətlə yayılır”.

Pravda.az-ın xəbərinə görə, bunu Rusiya Səhiyyə Nazirliyinin ştatda olmayan baş epidemioloqu, akademik Nikolay Briko deyib.

Onun sözlərinə görə, koronavirus 4 metrdən də yoluxdurmaq qabiliyyətinə malikdir.

Rusiyada son zamanlar virusun yayılması tempindən danışan epidemioloq bildirib ki, buna səbəb son 2 həftədə özünütəcridin kütləvi şəkildə pozulması olub.

"Məhz o zamanlar Moskvada bəzi şirkətlər yaxşı hava şəraitindən istifadə edərək kütləvi şəkildə kabab bişirməyə, yeməyə getdilər. Buna görə də yoluxma sürətlə yayıldı",- deyə o bildirib.

Briko qeyd edib ki, hətta indi də küçələrdə adam çoxdur, bir çoxları təcriddən çıxmaq istəyir, bu isə yoluxma riskini artırır.Cebhe.info

Paylaş:

Ən son xəbərlər