Azərbaycan Yüksəliş Partiyasının dələduzluqda ittiham olunan sədri Anar Əsədli barəsində həbs qətimkan tədbirinin seçilməsi qərarından verilmiş şikayətə baxılıb.
Pravda.az-ın xəbərin görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən iclasda şikayət əsassız sayılaraq rədd olunub.