Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

1,4 milyonluq dələduzluq edən şəxsin məhkəməsi başladı

738
Paylaş:
1,4 milyonluq dələduzluq edən şəxsin məhkəməsi başladı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Orxan Məhərrəmovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 6-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Orxan Məhərrəmovun apellyasiya şikayətini təmin etməyib.

Qeyd: Orxan Nazim oğlu Məhərrəmov dayısı Amil Famil oğlu Əliyevin 1 milyon 400 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, zərərçəkmişin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaq aparılıb və cinayət işi üzrə 2019-cu ilin dekabrında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarış elan olunub.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər