Xəbər verdiyimiz kimi, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında uğur qazanan Türkiyə idmançıları Bakıya gəlib. Bakupost.az xəbər verir ki, onların dünən axşam Bakıdakı restoranlardan birindən əyləncəli videosu yayılıb.
İdmançıların Azərbaycan mahnılarının sədaları ilə rəqs etdikləri anlar sosial şəbəkələrdə gündəm olub.