Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Sumqayıtda piyadanın ölümü ilə bağlı cinayət işi açıldı

648
Paylaş:
Sumqayıtda piyadanın ölümü ilə bağlı cinayət işi açıldı

Sumqayıtda piyadanın ölümü ilə bağlı cinayət işi açılıb.

Pravda.az-ın xəbərinə görə, hadisə aprelin 27-də Sumqayıt şəhərində qeydə alınıb.

Belə ki, Həsənov Babək Sabir oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyad, 1992-ci il təvəllüdlü Ələkbərov Orxan Azər oğlunu vurub. Piyada aldığı xəsarətlərdən Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasında ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Şolis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər