Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olan və Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkətinin 2022-ci ildə əldə etdiyi gəlirlər açıqlanıb.
Yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, “Arizarum Qrup” ötən il 13 milyon 924 min rubl (291 min manat) gəlir əldə edib.
Qeyd edək ki, əvvəlki – 2021-ci illə müqayisdə “Arizarum Qrup”un gəliri 1% və ya 121 min rubl azalıb. Ümumiyyətlə son 6 ildir “Arizarum Qrup”un gəlirlərində ciddi dəyişiklik olmur:
2017-ci ildə 14 568 000 rubl,
2018-ci ildə 13 984 000 rubl,