Qəbələ rayonunda yanğın hadisəsi baş verib.
Pravda.az-ın xəbərinə görə, rayonun Vəndam qəsəbəsində qəsəbə sakini, 1992-ci il təvəllüdlü Alıyeva Rəmziyə Abil qızı toyuq hinində təmizlik işləri görərkən oradakı otun üstünə benzin töküb və od vurub. Nəticədə ot qəfil alovlanıb. Alov güclü olduğu üçün qadın hindən çıxa bilməyib və bədənin bütün nahiyələri yanıb.