Hollivud ulduzu Şeron Stoun Kim Kardaşyanın “American Horror Story” serialının 12-ci mövsümündə baş rola çəkilməsini kəskin tənqid edib.
O, erməni modelin bədənini mükəmməlləşdirmək üçün elətdirdiyi müxtəlif əməliyyatlara işarə vuraraq, aktyorluq və istedad məsələsində bunun keçərli olmadığını, hətta “beyinə cərrahi müdaxilənin” də kömək etməyəcəyini deyib.
“Qızıl Qlobus” laureatı olan amerikalı ulduz öz peşəsində uğur qazanmaq üçün uzun illər təhsil aldığını xatırladıb.