Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, saxlanılması və satışı ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri zamanı rayon sakinləri - Rasim Abasov, Elçin Əliyev və Elvira Qafarova saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman bükülülərdə külli miqdarda psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.