Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti pisləşib. Axşam.az xəbər verir ki, xanəndənin oğlu Cəfər Nəcəfov böyrək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilən həyat yoldaşında son durumu ilə bağlı sosial şəbəkədə paylaşım edib:
"Vəziyyəti ilə maraqlanan, fiziki və ya mənəvi yanımda olduğunu hiss etdirən hər kəsə dərin təşəkkürümü bildirirəm. Məlum səbəbdən zənglərə, mesajlara cavab verə bilmirəm. Vəziyyəti stabildir. İnşallah, çətinliklər tezliklə geridə qalar. Anlayışınız üçün təşəkkür edirəm".