Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Xəyanət xəbərləri ilə gündəmə gələn Kadirlə Neslihan Bakıya gəlir?

836
Paylaş:
Xəyanət xəbərləri ilə gündəmə gələn Kadirlə Neslihan Bakıya gəlir?

Bir neçə gündür xəyanət xəbərləri ilə gündəmdən düşməyən aktyorlar Kadir Doğulu və Neslihan Atagül ötən gecə hava limanında əl-ələ görüntüləniblər.

Axşam.az xəbər verir ki, onların fotosunu "birkahvebingiybett" instaqram səhifəsi yayımlayıb. Səhifə cütlüyün Azərbaycana gəldiyini iddia edib.

Xatırladaq ki, Kadirin səmimi videoları yayıldığı Sezer Çakırla imam nikahında olduğu, ayrı evdə yaşadıqları və Neslihanın da bundan xəbərdar olduğu iddia edilib. O, haqqında çıxan xəyanət xəbərlərinə münasibət bildirərək, Neslihandan başqa kəbinli həyat yoldaşı olmadığını deyib. Neslihanın isə görüntüləri normal qarşıladığı bildirilib.

Qeyd edək ki, Kadir ilə Neslihan 7 ildir evlidir.

Paylaş:

Ən son xəbərlər