Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ağstafada yol qəzasında ölən 3 nəfər bu qurumun əməkdaşlarıdır - ADLAR

1 519
Paylaş:
Ağstafada yol qəzasında ölən 3 nəfər bu qurumun əməkdaşlarıdır -     ADLAR

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən 3 nəfər Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.

Pravda.az xəbər verir ki, ölən şəxslərin Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov və 1994-cü il təvəllüdlü Ramin Məmmədov, eləcə də Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənov olduğu müəyyənləşib.

Eyni zamanda, Agentliyin daha iki əməkdaşı - Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

Qeyd edək ki, hadisə "Toyota" və "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb./Report

Paylaş:

Ən son xəbərlər