Ukrayna hökuməti Rusiyanın genişmiqyaslı işğalı ilə bağlı simvollara malik olan xüsusi avtomobil nömrələrinin sifarişini və istehsalını qadağan edib.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Baş Xidmət Mərkəzindən məlumat verilib.
“İndi qanuna uyğun olaraq, fərdi nömrə nişanında Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsinin simvolizə edən Z və V hərfləri qadağandır. Bu hərflərin ayrı-ayrılıqda, eləcə də “C”, “B”, “F” əvəzinə kiril əlifbası ilə yazılan sözlərdə işlədilməsinə icazə verilmir”, - deyə mərkəzdən izah edilib.