Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda jurnalist vəfat etdi - FOTO

1 823
Paylaş:
Azərbaycanda jurnalist vəfat etdi -     FOTO

Uzun sürən xəstəlikdən sonra Azərbaycan rusdilli jurnalistikasının parlaq imzalarından biri, görkəmli publisist, istedadlı yazıçı Lev Əsgərov dünyasını dəyişib.

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Eynulla Fətullayev məlumat yayıb.

“Lev Əsgərov SSRİ Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü idi! 2013-cü ildən Lev Əsgərov haqqin.az-ın redaksiyasında, bizimlə çiyin-çiyinə çalışıb. Lev Mobut oğlunun vəfatı rusdilli jurnalistika və publisistikası üçün dəhşətli itkidir. Əsgərov kimi söz ustadlarını təəssüf ki, heç kim əvəz etməyəcək. Böyük boşluqlar qalır. Mogikan məbədə çevrilir... Allah rəhmət eləsin!” – o qeyd edib.

Paylaş:

Ən son xəbərlər