Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Tələbələri daşıyan avtobus aşıb: ölənlər və xeyli sayda yaralı var

780
Paylaş:
Tələbələri daşıyan avtobus aşıb: ölənlər və xeyli sayda yaralı var

Türkiyənin Bursa şəhərində tələbələri daşıyan tur avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 44 nəfər yaralanıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Hadisə yerinə təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Bursa valisi Yakup Canbolat avtobusun maneəyə çırpılaraq aşdığını bildirib.

O qeyd edib ki, hadisə zamanı avtobusda 47 nəfər olub. Onlardan 3-ü müəllim, 2-si sürücü olub. Sərnişinlər arasında müəllimlərin övladları da olub: “İndiyə qədər əldə etdiyimiz məlumata görə, qəza zamanı sürücü və 2 tələbə həyatını itirib"./Report

Paylaş:

Ən son xəbərlər