Britaniyalı alim Conatan Kvok hesab edir ki, xərçəngin müalicəsi 2030-cu ilə qədər tapılacaq.
Tədqiqatçının sözlərinə görə, hazırda dünyada 10-a yaxın komanda bu təhlükəli xəstəliyə qarşı peyvənd üzərində çalışır və bu tədqiqat qruplarının problemin həllinə öz xüsusi, prinsipial olaraq fərqli yanaşmaları var.
Britaniyalı alimin fikrincə, yeni preparatın təsir mexanizmi elə olmalıdır ki, dərman metastazların əmələ gəlməsini dayandırmalı, xəstənin öz immun sisteminin yaxşılaşdırılmasını stimullaşdırmalıdır.