Şəki Apellyasiya Məhkəməsində Ucarda toy şənliyində qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Maarif Xəlilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası mayın 4-nə təyin edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.