Azərbaycanda "Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimovanın 1 milyon manat pulunu mənimsəyən şəxs axtarışa verilib. Pravda.az xəbər verir ki, bu barədə lent.az-a Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.
Qeyd olunub ki, Nadirov Ramis Mövlud oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.
Onun barəsində axtarış elan olunub.