Prezident İlham Əliyev su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Pravda.az  xəbər verir ki, sərəncama əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb:

 

Komissiyanın sədri

 

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş Nazirinin müavini

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri

 

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri

 

Azərbaycan Respublikasının Maliyyə naziri

 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi.