Azərbaycanda daha bir medal təsis edilir.
Pravda.az xəbər verir ki, bununla bağlı “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakiyə çıxarılıb.
Layihəyə əsasən “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:
- minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;