Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.
Dövlət Komitəsindən Pravda.az-a verilən xəbərə görə, həmin ibadət yerləri aşağıdakılardır:
1. Səbail rayonu İçərişəhər "Cümə" məscidi - imam müavini
2. Binəqədi rayonu "Heydər" məscidi - qadın dini ayinlərin icraçısı
3. Nərimanov rayonu "Cümə" məscidi - imam müavini
4. Nəsimi rayonu "Hacı Əjdərbəy" məscidi - qadın dini ayinlərin icraçısı
5. Nəsimi rayonu "Məşədi Dadaş" məscidi - imam müavini
6. Yasamal rayonu "Təzəpir" məscidi - qadın dini ayinlərin icraçısı
7. Qaradağ rayonu Lökbatan qəsəbəsi "Rəsulullah" məscidi - imam müavini
8. Qaradağ rayonu Qobustan qəsəbəsi "Şamlı" məscidi - imam müavini