Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Hikmət Hacıyev NATO-da Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

817
Paylaş:
Hikmət Hacıyev NATO-da Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

NATO Müavinlər Komitəsi (DPRC) ilə Azərbaycan arasında ikitərəfli görüş yekunlaşıb.

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə Tvitter paylaşımında bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müttəfiq ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı statusu və perpektivlərinə, Azərbaycanın kommunikasiya və enerji təhlükəsizliyində roluna, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması prosesinə dair məhsuldar fikir mübadiləsi aparıb.

Paylaş:

Ən son xəbərlər