Məşq zamanı vəfat edən Fərid Bakarovun anası Aynurə Bakarova danışıb.
Pravda.az xəbər verir ki, aprel ayının 29-u, Sumqayıtda sambo məşqi zamanı xəsarət alaraq vəfat edən 7 yaşlı Fərid Bakarovun anası Aynurə xanım MTV-də yayımlanan Tarix Əliyevin aparıcısı olduğu "Ümid ilə gəl" in canlı efirinə bağlanaraq hadisənin təfərrüatlarını danışıb.
"Mən heç vaxt uşağı məşqə tək buraxmamışam. Həmin gün müəllim özündə deyildi. Əsəbi halda mənə dedi ki, çıx çöldə gözlə, sən uşağı qız kimi böyüdürsən. Mən də uşağı pilləkanın altında gözlədim. Müəllimin aqressiv səsləri gələndə dözməyib içəri girdim. Gördüm ki, Fərid qorxudan altını isladıb. Mən tez uşağın şalvarını dəyişdim və digər uşaqlara da tapşırdım ki, ona gülməsinlər. Çünki Fərid çox mərd uşaqdır. Paltarı dəyişəndən sonra məni çölə çıxardı. Çölə çıxmamış uşağın niyə halsız olduğunu soruşdum. Mehman mənə "kross" qaçdıqları uçun Fəridin halsız olduğunu dedi. Sonra yenidən məni uşaq narahat olduğu üçün çağırdı. Fəridi görəndə uşağın normal olmadığını gördüm. Uşaq ət kimi idi. meman Fəridə "sənə heç nə olmayıb, sənə nə olub ki, deyirdi. Fərid də qorxusundan danışmayaraq əl hərəkətləri lə ona heç nə olmadığını dedi.