Salyan rayon prokurorluğunda vətəndaş müraciəti əsasında aparılan araşdırma zamanı Elşən Əliyevin özünü vəkil kimi təqdim edərək respublikanın müxtəlif məhkəmələrin icraatında olan mülki işlər üzrə vəzifəli şəxslərə rüşvət verməklə vətəndaşın xeyrinə qərar qəbul olunması adı ilə ayrı-ayrı vaxtlarda 10 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.