“WhatsApp” mesenceri “Windows” əməliyyat sistemi üçün 2.2316.2.0 versiyasında yeni funksiyanı işə salır. Belə ki, artıq çatdan kənarda səsli mesajları dinləmək mümkün olacaq.
Yenilikdən “Windows” üçün “WhatsApp”ın cari beta versiyasını “Microsoft” mağazasından yükləyən bütün istifadəçilər yararlana bilər.
“Bu, xüsusən də uzun səsli mesajı dinlənilən zaman çox rahat və faydalıdır. Artıq səsi dinləyərkən digər çatlarda ünsiyyətini davam etdirmək imkanı var”, - deyə müəlliflər vurğulayıblar.